Tədqiqatın məqsədi - Malayziya höküməti tərəfindən kiçik və orta müəssisələrə (bun-dan sonra KOM) verilən dəstəklərin araşdırılaraq Azərbaycan Respublikasında tətbiqi imkan-larını analiz edərək müvafiq təkliflərin verilməsidir.
Tədqiqatın metodologiyası - Malayziya iqtisadiyyatının iqtisadi xüsusiyyətləri, KOM-ların inkişafı perspektivləri ilə yanaşı, Azərbaycan Respublikasında kiçik və orta müəssisələ-rin ehtiyaclarını təsdiq edən rəsmi sorğuların nəticəsində tətbiq uyğunlaşdırılması metodların-dan istifadə edilməsindən ibarətdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti – KOM-ların Azərbaycan Respublikası iqtisadiyyatında yeri və rolu artmaqdadır. Eyni zamanda Azərbaycan Respublikasının 2022–2026-cı illərdə “Sosial-İqtisadi İnkişaf Strategiyası”nda sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin effektiv-liyi, ünvanlılığı və şəffaflığı gücləndirilməsi qeyd edilmişdir. Bu baxımdan KOM-ların dəstək-lənməsində Malayziya təcrübəsi sözügedən hədəflərin reallaşması məqsədi ilə istifadə edilə bilər.
Tədqiqatın nəticələri – dünya iqtisadiyyatında KOM-lar işsizliyinin azaldılması yeni məşğulluq sahələrinin yaradılmasında, tarazlı iqtisadi və sosial inkişafın təmin edilməsində zəruri rol oynamaqdadır. Azərbaycan Respublikasında KOM-ların inkişafı üçün mövcud döv-lət dəstəklərinə əlavə olaraq Malayziya praktikasında uğurla tətbiq edilən səmərəli stimullaş-dırıcı mexanizmlər tətbiq edilməlidir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqatda Malayziya iqtisadiyyatının əsas göstəriciləri, kiçik və orta biznes mühiti, dövlət tərəfindən tətbiq edilən stimullaşdırıcı mexa-nizmlər Malayziya hökümətinin müvafiq qurumlarının beynəlxalq hesabatları araşdırılmış, eyni zamanda Azərbaycan Respublikasında KOM-ların ehtiyaclarının təsdiq edən sorğulara istinad edilmişdir. Yekunda Azərbaycanda sahibkarlıq fəaliyyətinə başlamaq və mövcud fəaliyyətini genişləndirmək KOM-lar üçün yeni stimullaşdırıcı mexanizmlərin yaradılması təklif edilmişdir.
Açar sözlər: KOM, iqtisadi artım, Azərbaycan iqtisadiyyatı, dövlət dəstəkləri, stimul-laşdırıcı mexanizmlər, Malayziya.