Tədqiqatın məqsədi – Azərbaycanın nəqliyyat sisteminin innovasiyalı və investisiyalı inkişafı istiqamətlərinin və onun inkişaf problemlərinin müəyyən edilməsidir.
Tədqiqatın metodologiyası – işin hazırlanmasında analiz və sintez, həmçinin induksiya ilə deduksiya metodlarından istifadə olunmuşdur. Belə ki, analiz metodu vasitəsilə mövzu bütöv şəkildə götürülmüş, sonra isə fəsillərə bölünərək ayrı-ayrılıqda təhlil edilmişdir. Daha sonra sintez metodu ilə bu fəsillər iqtisadi sistemdə cəmləşdirilmişdir. İnduksiya metodu va-sitəsilə tədqiqat işi barəsində iqtisadi faktlar əldə edilmiş, sistemləşdirilmiş və araşdırılmışdır. Daha sonra isə deduksiya metodunun istifadəsi vasitəsilə həmin əldə edilmiş faktlar əsasında həm nəzəri nəticələr, həm ümumi prinsiplər, bir sözlə, əməli fəaliyyət üçün vacib tövsiyələr müəyyən edilmişdir.
Tədqiqatın nəticələri – tədqiqat nəticəsində innovasiya fəaliyyətinin nəqliyyat siste-minin müasir səviyyədə təşkil olunması üçün müvafiq strategiya seçilməsi, innovativ istiqa-mətlər, idarəetmə və tənzimləmə sistemi təklif edilir.
Tədqiqatın elmi yeniliyi və praktiki əhəmiyyəti. Tədqiqat işinin əsas elmi yeniliyi aşağıdakılardan ibarətdir:
Açar sözlər: nəqliyyat, nəqliyyat sistemi, investisiya, investisiya fəaliyyəti, innovasiya fəaliyyəti.