ALÜMİNİUM MÜƏSSİSƏSİNİN TEXNİKİ-İQTİSADİ XÜSUSİYYƏTLƏRİ (AZƏRALÜMİNİUM MMC TİMSALINDA)

Tədqiqatın məqsədi - “Azəralüminium” MMC-nin təmsil etdiyi alüminium müəssisəsinin iqtisadi xüsusiyyətlərinin vəziyyətini öyrənməkdir. Boşluqları müəyyən etmək üçün alüminium bazarı araşdırılmışdır.

Tədqiqat metodologiyası – qiymətləndirmədə sintez, analiz və müqayisə kimi üsullardan istifadə edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - ölkənin qeyri-neft sektoruna yönəldilən investisiyalar Azərbaycan iqtisadiyyatının daha da inkişafına və keyfiyyətli yerli məhsullar istehsalının genişləndirilməsinə hərtərəfli təkan verir.

 Tədqiqatın nəticələri - “Azəralüminium” MMC-nin alüminium istehsalı normalarının bu şirkətlərin normalarına çatdırılması məhsulun maya dəyərinin aşağı düşməsinə səbəb ola-caq. Digər şirkətlərin aşağı istehsal xərcləri onları bazar qiymətlərinin şoklarına daha davamlı edir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - Azərbaycanda qəbul edilmiş normativ hüquqi aktlara və elmi-nəzəri yanaşmalara və “Azəralüminium” MMC-nin hesabatlarında göstərilən bəzi məqamların açıqlanmasına əsaslanır.

Açar sözlər: alüminium müəssisəsi, iqtisadi inkişaf, innovativ texnologiyalar, alümi-nium istehsalı, alüminium bazarı.

 

https://doi.org/10.59610/bbu2.2023.2.5

Fayl

PDF

Buraxılış

№2 - 2023

Müəllif

Quliyev Asiman Aydın oğlu

Abdulova Aygün Ağa Sadıx qızı