DÖVLƏTİN MALİYYƏ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ İSTİQAMƏTLƏRİ

Tədqiqatın məqsədi – dövlətin maliyyə təhlükəsizliyinin ölkənin iqtisadi və milli ma-raqlarına xidməti və onun dövlətin suverenliyi və müstəqilliyinin qarantı kimi əhəmiyyət-lərinin nəzəri aspektlərinin araşdırılması, maliyyə təhlükəsizliyinin təmin edilməsi üçün təklif olunan metodların nəzəri-metodiki əsaslandırılmasıdır.

Tədqiqatın metodologiyası – tədqiqatda təhlil, şərh, məntiqi ümumiləşdirmə kimi me-todlardan istifadə edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – ölkənin  hərtərəfli bütün əsas maliyyə-iqtisadi proses-lərinin dinamikasının təhlilində  konseptual maliyyə təhlükəsizliyinin səmərəli sisteminin for-malaşdırılması üçün monitorinq yaratmağın, çoxsəviyyəli və tam miqyaslı izləmə sisteminin olmasının vacibliyini ortaya çıxarmaqdır.

Tədqiqatın orijinallıgı və elmi yeniliyi - dövlətin maliyyə təhlükəsizliyinin təmini me-xanizmlərinin müəyyən edilməsi və maliyyə təhlükəsizliyinin təkmilləşdirilməsi istiqamətlə-rinin  təhlil edilməsidir.

Açar sözlər: dövlətin maliyyə siyasəti, maliyyə sistemi, maliyyə təhlükəsizliyi, iqtisadi təhlükəsizlik, dövlətin maliyyə təminatı.

https://doi.org/10.59610/bbu2.2023.2.3

Fayl

PDF

Buraxılış

№2 - 2023

Müəllif

Mustafayev Arif Azər oğlu