KOMMERSİYA TƏŞKİLATLARINDA RİSKLƏRİN AUDİTİ

Tədqiqatın məqsədi – istisnasız olaraq bütün kommersiya təşkilatların məruz qaldığı müəyyən risk növlərini təhlil edib onları fərqləndirməkdən ibarətdir.

Tədqiqatın metodologiyası – tədqiqat zamanı təhlilin müxtəlif metodlarından istifadə edilib: müqayisə, qruplaşdırma, ekspert qiymətləndirmə metodları və s.

Tədqiqatın nəticələri – tədqiqat nəticəsində istənilən risk faktoru üçün onun təzahür etmə ehtimalı, təşkilatın fəaliyyətinin nəticələrinə təsirin xarakterini (zərər və ya qazanc) müəyyən etməkdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – hal-hazırda respublikada kommersiya təşkilatları ildə bir dəfə mütləq auditor rəyi təqdim etməlidirlər. Bununla bağlı təklif edilən metod və va-sitələr bütün kommersiya təşkilatları və sahibkarlar tərəfindən istifadə edilə bilər.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - xarici auditorlarla yanaşı, dövlət auditor-larının rolunu artırmaq məqsədi ilə dövlət tənzimlənməsinə və ya vergitutmaya düşən fəaliy-yət göstərən dövlət müəssisələrinin, habelə özəl müəssisələrin və ya fərdi şəxslərin qeyd-lərinin aparılması və öyrənilməsi. Verilən məlumatların həcm və ya audit üçün nəzərdə tutulan şirkətin GAAP Mühasibat uçotu prinsiplərinə riayət etməməsini nəzərdə tutan ixtisaslı rəy verilməsinin qaydaları araşdırılmışdır.

Açar sözlər: audit, risk, rəqabət, sahibkar, kommersiya təşkilatları.

 

https://doi.org/10.59610/bbu2.2023.2.1

Fayl

PDF

Buraxılış

№2 - 2023

Müəllif

Hacıyeva Amaliya Rauf qızı