Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu iqtisadi islahatlar strategiyası Azərbaycanın dayanıqlı inkişafı üçün etibarlı zəmin yaratmışdır. İqtisadi dayanıqlığın möhkəmlənməsi, ölkəmizin mövcud resurslarından məqsədəuyğun və səmərəli istifadə edilməsi ilə təmin edilir. Məhz ona görə də ölkənin potensial ehtiyatlarının dayanıqlı inkişafda böyük rolu vardır. Mövcud ehtiyatlardan istifadə edilməsi Azərbaycan iqtisadiyyatına daha böyük töhvələr vermişdir.
Məhz qeyd olunanlar baxımından Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafında Ulu Öndər Heydər Əliyevin rolunu tədqiq etmək xüsusi əhəmiyyətə malikdir.
Açar sözlər: dayanıqlı inkişaf, aqrar islahatlar, infrastruktur, məşğulluq, investisiya.