Məqalədə sahibkarlıq fəaliyyətinə tədqiqat yanaşmalarının modelləşdirməsi zərurəti əsaslandırılmış və ona uyğun biznes mühitinin yaradılması əlamətləri müəyyənləşdirilmişdir. Müəllif tərəfindən həmçinin sahibkarlığın inkişafının Heydər Əliyev mödelində sahibkarlığa dövlət dəstəyi tədbirlərinin hüquqi tənzimlənməsi sistemi, onun səciyyəvi xüsusiyyətləri təd-qiq olunmuş, müasir dövrdə ondan effektiv istifadənin nəticələrinə aydınlıq gətirilmişdir.
Açar sözlər: sahibkarlıq, hüquqi tənzimlənmə, biznes mühiti, strategiya, dövlət dəstəyi tədbirləri.