Müşahidə edilməyən (kölgə) iqtisadiyyatın təhlükələrinin azaldılmasının bəzi məsələləri

Məqalədə əsas məqsəd müasir dünyada yeni fenomen kimi xarakterizə olunan rəqəmsal kölgə iqtisadiyyatının  rəqəmsallaşma şəraitində yarada biləcək təhlükə­lə­ri­nin azaldılması isti-qamətində nəzəri-metodoloji və praktiki əhəmiyyəti olan əsas­landırılmış təkliflər formalaş-dırmaqdır.

Müəllif rəqəmsal kölgə (müşahidə edilməyən) iqtisadiyyatı sfe­rasının nəzəri təsvirinə, onun xüsusiyyətlərinə, kəmiyyətcə qiy­mətləndirməsi sahə­sində konseptual yanaşmaya diqqəti yönəldir, həmçinin mötəbər mənbələrin mə­lumatları əsasında mümkün inkişaf meyillərinin təhlili həyata keçirilir.

Məqalədə rəqəmsal transformasiyanın iqtisadi sferanın müxtəlif aspektlərinə təsiri və  mümkün istiqamətləri, kölgə (müşahidə edil­məyən) iqtisadiyyatın həm kəmiyyət, həm də key-fiyyət xarak­teristikalarının qiy­mət­ləndirilməsinə orijinal konseptual yanaşma əsaslandırılır, həmçinin ona təsir edən amillərin təsnifatını və gər­ginliklər (stresslər) xəritəsini formalaşdır-mağa cəhd edilir.

Tədqiqat prosesində və nəticələrin əldə edil­mə­sin­də, sistemli yanaşmadan, ümumelmi və xüsusi metodlardan, o cümlədən təhlil, sin­tez, modelləşdirmə, sistemləşdirmə və ümumi-ləşdirmə metodlarından istifadə edil­mişdir. 

Açar sözlər: rəqəmsallaşma, rəqəmsal texnologiyalar, kölgə (müşahidə edil­məyən) iq-tisadiyyat, kölgə (müşahidə edilməyən) iqtisadiyyatın təzyiqlər (streslər) xə­ritəsi, kölgə (mü-şahidə edilməyən) iqtisadiyyatın həcminin proqnozlaşdırılması, reqressiya modeli, reqressiya modelinin parametrləri, dəyişənlər, amillərin təsnifatı.

 

https://doi.org/10.59610/bbu1.2023.118-127

Fayl

PDF

Buraxılış

№1 - 2023

Müəllif

Əliyev Əli İmaş oğlu