Heydər Əliyev və Azərbaycanda investisiya siyasəti

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran mühüm vəzifələr-dən biri ölkənin milli mənafelərə əsaslanan investisiya siyasətinin müəyyən edilərək həyata keçirilməsi idi. Ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün səmərəli, praqmatik investi-siya siyasətinin formalaşması zərurəti yaranmışdı. Ümummilli Lider Heydər Əliyev ilk gün-lərdən Azərbaycanın investisiya siyasətinin hədəflərini yeniləşdirdi və ölkənin strateji maraq-larına uyğun yenidən qurulmasına rəhbərlik etdi. İlk növbədə investisiya siyasətinin formalaş-ması sahəsində keçmiş hakimiyyətin dönəmində buraxılan kobud səhvlərin nəticəsində Azər-baycanın dövlət büdcəsində yaranmış gərgin vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmaqla mövcud reallıqları nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Beynəlxalq maliyyə-kredit təşkilatları ilə əlaqələrin genişləndiril-məsini ön plana çəkən Ulu Öndər Heydər Əliyev ölkədə həyata keçirilən iqtisadi islahatların uğurla nəticələnməsinin əsas şərti kimi onların ölkədə həyata keçirilən layihələrdə iştirakını qəbul edirdi. Bu baxımdan ölkəyə xarici investiyaların cəlbi barəsindəki qərarlar o dövrdə iq-tisadi inkişafa yol açan əsas amillərdən biri kimi qəbul edilirdi.

Açar sözlər: investisiya, bazar münasibətləri, inkişaf, modernləşdirmə, infrastrukturlar.

 

https://doi.org/10.59610/bbu1.2023.57-63

Fayl

PDF

Buraxılış

№1 - 2023

Müəllif

Həsənov İsmayil Cəfər oğlu