Rəqəmsal texnologiyaların cəmiyyətin və iqtisadiyyatın inkişafında həlledici rolu

Aparılan tədqiqat işində baxılması nəzərdə tutulan mühüm problemlər araşdırılmış və müasir strateji yanaşmalar müəyyənləşdirilmişdir. Rəqəmsal texnologiyaların cəmiyyətin və iqtisadiyyatın inkişafı üçün mövcud resurslardan, qabaqcıl dünya təcrübəsindən istifadə edilməsinin vacibliyi müəyyən edilmişdir. Cəmiyyətin dayanıqlı inkişafı üçün lazımı infor-masiyalarla təchiz edilməsinin zəruriliyi vacib hesab edilmişdir. Rəqəmsal texnologiyaların iqtisadiyyatın müxtəlif fəaliyyət istiqamətlərində tətbiqi, xalq təsərrüfatının bütün sahələrində məhsuldarlığın yüksəldilməsi ilə bağlılığı təhlil edilmiş və qiymətləndirilmişdir. Tədqiqat göstərir ki, rəqəmsal texnologiyalar iqtisadiyyatın və maliyyənin ənənəvi sektorlarında hər yerdə mövcuddur. Tədqiqatda qeyd olunmuşdur ki, Azərbaycanda informasiya texnologiya-ları sektorunun inkişafının geniş vüsət alması məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi Prezident Cənab İlham Əliye-vin Azərbaycanın İKT sahəsində regionun aparıcı ölkəsinə çevrilməsi üçün məqsədyönlü döv-lət siyasəti həyata keçirməsi faktlarla göstərilmişdir.

Açar sözlər: informasiya, rəqəmsal texnologiyalar, elektron dövlət, biznes mühiti, iqti-sadiyyat.

 

https://doi.org/10.59610/bbu1.2023.38-48

Fayl

PDF

Buraxılış

№1 - 2023

Müəllif

Səbzəliyev Mahir Mirzəxan oğlu

Məmmədova Arzu İmamverdi qızı

Hacızadə Sevda Məmmədcəfər qızı