Azərbaycanda multikulturalizm siyasətinin Heydər Əliyev mərhələsi

Multikulturalizm, ilk növbədə, milli mədəniyyətlərin qarşılıqlı əlaqəsi  və zənginləşmə-si, mənəvi dəyərlərin, normaların tanınması ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev hakimiy-yətdə olduğu dövrdə dinindən, dilindən, irqindən asılı olmayaraq bütün insanlara tolerant münasibət bəsləmiş, bu münasibət dövlətimizin və Azərbaycançılıq fəlsəfəsinin təməl ünsür-lərindən biri olmuşdur. Ölkəmizdə multikulturalizmin çiçəklənməsi birbaşa olaraq Ulu Öndər Heydər Əliyevin adı ilə əlaqədardır. Ulu Öndər inanırdı ki, irqi, dini, milliyyəti, maddi sərvəti heç bir halda bir insanın digərindən üstünlüyünə səbəb ola bilməz.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafına xüsusi diqqət yetirirdi, bu inkişaf nəticəsində mədəniyətimizin müasir mərhələsində “Azərbaycan multikul-turalizmi” modeli formalaşdı. “Azərbaycan multikulturalizmi” modelindən artıq xarici ölkə-lərdə də fəal şəkildə istifadə olunur. Bu model müxtəlif etnik-mədəni ənənələri - məişət, dini, etik və estetik və s. birləşdirən milli dəyərlər sistemi ilə xarakterizə olunur. Hazırda “Azər-baycan multikulturalizmi” modeli regionda sabitliyin və sülhün qorunması, qlobal miqyasda onunla bağlı münaqişələrin aradan qaldırılması üçün effektiv vasitəyə çevrilib. “Azərbaycan multikulturalizmi” modelinin formalaşmasında və inkişafında Ulu Öndər əvəzsiz xidmətlər göstərmişdir. Heydər Əliyev sovet hakimiyyəti illərində də yüksək vəzifələrdə çalışarkən mil-lətinə və  dininə bağlılığını qoruyub saxlamış, multikultural dəyərlərə böyük önəm vermişdir

Açar sözlər: mədəniyyət, multikulturalizm siyasəti, Azərbaycanda multikulturalizm, to-lerantlıq ideyası.

 

https://doi.org/10.59610/bbu1.2023.30-37

Fayl

PDF

Buraxılış

№1 - 2023

Müəllif

Hüseynov İlqar Həsrət oğlu