Tədqiqatın məqsədi - məqalədə 1970-1985-ci illərdə Sumqayıtın sənaye mərkəzi kimi inkişafının strateji aspektləri təhlil edilmiş və araşdırılmışdır. Bu məqsədlə həmin dövrdə Sumqayıtın sənaye mərkəzi kimi inkişaf prosesləri təhlil olunmuş və qiymətləndirilmişdir. Sənaye potensialı ilə yanaşı, şəhər təsərrüfatının inkişafı məsələləri də diqqət mərkəzində saxlanılmışdır. Həmin dövrdə Sumqayıtın sosial-iqtisadi inkişaf proseslərinin əsas xüsusiyyətləri açıqlanmışdır. Keçmiş SSRİ-nin planlaşdırma və inzibati idarəetmə sisteminin Sumqayıtın sosial-iqtisadi inkişafına təsiri araşdırılmışdır. Mərkəzdən şəhərin inkişafına münasibətlərdəki ziddiyyətlərin səbəbləri və bunları şərtləndirən amillər verilmişdir. Sumqayıtın sənaye potensialının gücləndirilməsində və şəhərin sosial-iqtisadi inkişafının sürətləndirilməsində Heydər Əliyevin tarixi xidmətləri baxılmış və qiymətləndirilmişdir.
Tədqiqatın metodologiyası - sistemli və müqayisəli təhlil, 1970-1985-ci illərdə Sumqayıtın sənaye mərkəzi kimi inkişafının strateji aspektlərindən yanaşmaqla, metodoloji üsullardan, həmçinin müxtəlif tədqiqatçıların elmi əsərlərində yer almış müddəalardan, elmi arqumentlərdən ibarətdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - tədqiqatda verilmiş materiallardan və əldə olunmuş nəticələrdən Sumqayıtın sənaye mərkəzi kimi inkişafının strateji aspektlərinin müasir dövrün tələblərinə uyğun şəkildə yenilənməsi, şəhərin sosial-iqtisadi inkişafı ilə bağlı yeni dövlət və inkişaf proqramlarının hazırlanmasında istifadə oluna bilər.
Tədqiqatın nəticələri – müasir dövrdə 1970-1985-ci illərdə Sumqayıtın sənaye mərkəzi kimi inkişafının strateji aspektləri açıqlanmış, şəhərin sənaye mərkəzi kimi gücləndirilməsi istiqamətində konseptual yanaşmalar ümumiləşdirilmiş, tövsiyələr və təkliflər hazırlanmışdır.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqat işində qoyulan problemlər üzrə müxtəlif tədqiqatçıların elmi əsərlərindən bəhrələnmişdir, eyni zamanda müəllif fikirləri və yanaşmaları daha çox üstünlük təşkil edir. Müəllif Sumqayıt şəhərinin sənaye mərkəzi kimi inkişafının müəyyən dövr ərzində strateji aspektlərinin dərinliklə açılmasına nail olmuş, iqtisadi-tarixi aspektlər obyektiv olaraq qiymətləndirilmişdir. Şəhərin sosial-iqtisadi obyektlərinin inkişaf proseslərinin qanunauyğunluqları sistemləşdirilmişdir.
Açar sözləri: Sumqayıt şəhəri, sənaye mərkəzi, şəhər təsərrüfatı, sənaye potensialı, strateji aspektlər, sosial-iqtisadi inkişaf.