Tədqiqatın məqsədi – iqtisadi nəzəriyyənin ən önəmli prinsiplərini nəzərə alaraq əsas tədqiqat metodlarının müəyyənləşdirilməsi, düzgün təhlil və doğru nəticənin əldə olunması is-tiqamətində tövsiyələrin verilməsidir.
Tədqiqatın metodologiyası – tədqiqat işində sistemli yanaşma, məntiqi ümumiləşdir-mə, analiz metodlarından istifadə edilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti – həyatımızın bütün sferalarında iqtisadi nəzəriyyənin düzgün tətbiqi üçün araşdırma metodları, dəqiqliklə seçilmiş tədqiqat obyektləri düzgün nə-ticəyə gələ bilmək üçün ən vacib amillərdir.
Tədqiqatın nəticəsi – araşdırmamıza əsasən, iqtisadi nəzəriyyənin təhlil istiqamətləri, tədqiqat metodları və onların düzgün tətbiqi bütün sahələrdə öz müsbət təsirini göstərərək in-kişafa və effektivliyin daha da artmasına səbəb olacaqdır.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – iqtisadi nəzəriyyənin əhəmiyyəti müəyyən edilmişdir.
Açar sözlər: tədqiqat metodları, iqtisadi nəzəriyyə, təhlil, analiz, ümumiləşdirmə.