Tədqiqatın məqsədi - dayanıqlı iqtisadi inkişafda əhəmiyyətli yeri olan turizmin Azərbaycanın dağ rayonlarında inkişaf etdirilməsini formalaşdıran amillərin araşdırılaraq qiymətləndirilməsindən ibarətdir.
Tədqiqatın metodologiyası - tədqiqat işində sistemli yanaşma, məntiqi ümumiləşdirmə, analiz və s. metodlarından istifadə edilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - Azərbaycanın dağ rayonlarında turizmin inkişaf istiqamətlərinin araşdırılmasında dünya təcrübəsinə əsaslanaraq uyğun modellərin öyrənilməsidir.
Tədqiqatın nəticələri onu göstərir ki, coğrafi quruluşu, əlverişli iqlim şəraiti və digər cəhətlərdən inkişaf prespektivlərinə sahib olan dağ rayonlarımızda dayanıqlı inkişafı təmin etmək üçün bir sıra modellərin tətbiqi vacibdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - dağ turizminin dayanıqlı inkişafının təmin edilməsində dünya təcrübəsinə əsaslanan modellərin tətbiqi, ondan istifadənin artırılması və inkişaf etdirilməsinin əhəmiyyəti müəyyən edilmişdir.
Açar sözlər: relyef xüsusiyyətləri, davamlı inkişaf, statistika, klaster, dağ turizmi.