Tədqiqatın məqsədi - “Kiçik və Orta sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabat-larının Beynəlxalq Standartı”nın 1-ci və 2-ci bölmələrində kiçik və orta sahibkarlıq subyekt-lərinin təsviri xüsusiyyətləri, habelə sözügedən subyektlərin maliyyə hesabatlarında məlu-matları keyfiyyətli əks etdirilməsi üçün aktivlərin, öhdəliklərin, kapitalın, gəlir və xərclərin (maliyyə hesabatlarının elementlərinin) tanınması, qiymətləndirilməsinə dair konsepsiyaların və əsas prinsiplərin tətbiqi vəziyyəti tədqiq edilmişdir.
Tədqiqatın metodologiyası - “Kiçik və Orta sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartı”nın 2-ci bölməsində göstərilən tələblər əsasında maliyyə hesabatlarının elementlərinin tanınması və qiymətləndirilməsi ilə bağlı tədqiqatın aparılması zamanı sintez, analiz və müqayisə kimi metodlarından istifadə edilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə re-surslarının generasiya olunmasında əhəmiyyətliliyini nəzərə alaraq, onlar tərəfindən məlu-matların maliyyə hesabatlarında daha etibarlı və şəffaf əks etdirilməsi üçün nümunəvi misal-lar əsasında maliyyə hesabatlarının elementlərinin tanınması və qiymətləndirilməsi ilə bağlı təhlillər aparılmışdır.
Tədqiqatın tətbiqi nəticələri - kiçik və orta sahibkarlıq subyektlərində fəaliyyətlərin fasiləsiz həyata keçirilməsinə hesablanan yüksək maliyyə göstəricilərinin əldə olunması məq-sədi ilə maliyyə hesabatlarında tanınmış və qiymətləndirilmiş maliyyə hesabatlarının element-lərinin keyfiyyət xüsusiyyətlərinin artırılmasını təmin edən araşdırmalar aparılmışdır.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - 2010-cu ildə qəbul olunmuş “Maliyyə Hesabatları üzrə Konseptual Əsasları”nın “Faydalı maliyyə məlumatının keyfiyyət xüsusiy-yəti” adlı 3-cü mövzusunda maliyyə hesabatlarının elementlərinin tanınması və qiymətlən-dirilməsi ilə bağlı konseptual yanaşmaların, habelə Azərbaycanda qəbul olunmuş normativ hüquqi aktlarda əks olunmuş tələblərin tədqiqinin aparılması nəticəsində “Kiçik və Orta sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartı”nın 1-ci və 2-ci bölmələrində göstərilən ayrı-ayrı maddələrin açıqlanmasına dair sözügedən elementlərin key-fiyyət xüsusiyyətlərini artıran maliyyə hesabatlarında məlumatın daha etibarlı və şəffaf ma-liyyə hesabatlarında təqdim olunması üçün şərhlər və təkliflər verilmişdir.
Açar sözlər: kiçik və orta sahibkarlıq subyektləri üçün Maliyyə Hesabatlarının Bey-nəlxalq Standartları, əsas anlayışlar və prinsiplər, maliyyə hesabatları, keyfiyyət göstəriciləri, ilkin dəyər, ədalətli dəyər.