Tədqiqatın məqsədi – sığorta şirkətlərində auditin əhəmiyyətini müəyyənləşdirmək və auditin təşkilati və nəzəri-metodoloji inkişaf xüsusiyyətlərinin verilməsidir.
Tədqiqatın metodologiyası – tədqiqat işində sistemli yanaşma, məntiqi ümumiləş-dirmə, analiz və s. metodlarından istifadə edilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti – sığorta sektorunda hesabatlılığın artırılması və şəffaf-laşdırılması üçün audit yoxlamasının aparılmasının zəruriliyini nəzərə alaraq, auditin təşkili və aparılmasını bütün sığorta şirkətlərində həyata keçirmək.
Tədqiqatın nəticəsi – sığortanın bazar iqtisadiyyatının ayrılmaz bir hissəsi olduğunu nəzərə alaraq, sığorta sektorunun daha da inkişaf etməsi, baş vermiş çatışmazlıqların vaxtında aradan qaldırılması üçün, audit fəaliyyətinin genişləndirilməsi və onun tətbiqi zəruridir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – sığorta sektorunda auditin tətbiqi, ondan istifadənin artırılması və inkişaf etdirilməsinin əhəmiyyəti müəyyən edilmişdir.
Açar sözlər: sığorta, sığorta auditi, sığorta fəaliyyəti, sığorta sektoru, birgə sığorta, da-xili audit, xarici audit, sığorta təşkilatı.