“Hökumət subsidiyalarının uçotu və hökumət yardımı haqqında məlumatın açıqlanması” adlı 20 №-li beynəlxalq mühasibat uçotu standartına uyğun maliyyə əməliyyatlarının uçotda əks etdirilməsi xüsusiyyətləri

Tədqiqatın məqsədi - “Hökumət subsidiyalarının uçotu və hökumət yardımı haqqında məlumatın açıqlanması” adlı 20 №-li Beynəlxalq Mühasibat Uçotu Standartında maliyyə əməliyyatlarının, təqdim olunan tələblərin Azərbaycanda qəbul olunmuş normativ-hüquqi aktlar və elmi-nəzəri yanaşmalar əsasında mühasibat uçotunda əks etdirilməsi xüsusiyyət-lərinin  tətbiqi vəziyyəti tədqiq edilmişdir.

Tədqiqatın metodologiyası - standartın tələbləri əsasında maliyyə əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsi ilə bağlı təqdiqatın aparılması zamanı sintez, analiz və müqayisə kimi metodlarından istifadə edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - kommersiya təşkilatlarının maliyyə resurslarının ge-nerasiya olunmasında əhəmiyyətliliyin nəzərə alaraq, onlar tərəfindən hesabatlılığın ha-zırlanması prosesində “Hökumət subsidiyalarının uçotu və hökumət yardımı haqqında mə-lumatın açıqlanması” adlı 20 №-li Beynəlxalq Mühasibat Uçotu Standartının tətbiqi ilə bağlı maliyyə əməliyyatlarının mühasibat uçotunda daha etibarlı və şəffaf əks etdirilməsi üzrə  təh-lillər aparılmışdır.

Tədqiqatın nəticələri - kommersiya təşkilatlarında fəaliyyətlərin fasiləsiz həyata keçi-rilməsinə hesablanan yüksək maliyyə göstəricilərinin əldə olunması məqsədi ilə “Hökumət subsidiyalarının uçotu və hökumət yardımı haqqında məlumatın açıqlanması” adlı 20 №-li Beynəlxalq Mühasibat Uçotu Standartının tətbiqi nəticəsində həmin hesabatlarda əks olunan maliyyə informasiyasının keyfiyyət xüsusiyyətlərinin artırılmasını təmin edən araşdırmalar aparılmışdır.

Tədqiqatın orijinallığı və elmi yeniliyi –“Hökumət subsidiyalarının uçotu və hökumət yardımı haqqında məlumatın açıqlanması” adlı 20 №-li Beynəlxalq Mühasibat Uçotu Stan-dartında göstərilən ayrı-ayrı maddələrin açıqlanmasına dair Azərbaycanda qəbul olumuş nor-mativ hüquqi aktlar və elmi-nəzəri yanaşmalar əsasında maliyyə əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsi xüsusiyyətləri üzrə  şərhlər verilmişdir.

Açar sözlər: hökumət subsidiyaları,  hökumət yardımı, aktivlərə aid olan subsidiyalar, gəlirə aid olunan subsidiyalar, bağışlama subsidiyalar, qeyri-monetar hökümət subsidiyaları.

 

Fayl

PDF

Buraxılış

№3 - 2022

Müəllif

Cəfərov Elxan Orxan oğlu