Azərbaycanın neft-qaz sektorununun inkişafında innovasiyaların idarə edilməsinin rolu

Tədqiqatın məqsədi – neft maşınqayırma müəssisələrində istehsal olunmuş əmtəəlik məhsul satışına təsir edən amillər üzrə əmək məhsuldarlığı, əsas fondların dəyəri və müəssi-sələrin dövriyyə fondlarının təsirini qiymətləndirməklə müvafiq təkliflər hazırlamaqdan iba-rətdir.

Tədqiqatın metodologiyası – müqayisəli və riyazi statistik təhlilə əsaslanır.

Tədqiqatın tətbiqi əhəmiyyəti – neft maşınqayırma müəssisələrində əmtəəlik məhsul istehsalının satışına təsir edən amillərin ekonmetrik qitmətləndirilməsi zamanı elmi mənbə kimi istifadə oluna bilər.

Tədqiqatın nəticələri – Azərbaycanda neft-qaz müəssisələri üzrə Neftqaz tikinti tresti-nin satış məhsulu ilə əmək məhsuldarlığı, əsas istehsal fondlarının dəyəri və dövriyyə vəsait-ləri arasındakı korrelyasiya-reqressiya əlaqələri müəyyən edilmiş və 2030-cu ilədək Neftqaz tikinti trestinin satış məhsulunun həcmi proqnozlaşdırılmışdır.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – Eviews tətbiqi proqram paketinə əsasən, Neftqaz tikinti trestinin timsalında müəssisələrdə məhsul istehsalına təsir edən amillər qiymətləndirilmiş və əmtəəlik məhsul satışının inkişaf meyilləri müəyyən edilmişdir.

Açar sözlər: innovasiya, əmək haqqı, texnologiya, elmi-tədqiqat, layihə, model, korrelyasiya, reqressiya, adekvatlıq, proqnoz.

 

Fayl

PDF

Buraxılış

№2 - 2022

Müəllif

Şərifli İsmayıl Elman oğlu