Bazar iqtisadiyyatı şəraitində ölkənin xarici ticarət siyasəti və qlobal iqtisadiyyata inteqrasiyada onun rolunun qiymətləndirilməsi

Tədqiqatın məqsədi - bazar iqtisadiyyatı şəraitində milli iqtisadiyyatda aparılan xarici ticarət siyasətinin qloballaşan iqtisadiyyata inteqrasiyada rolunu müəyyən etməkdir.

Tədqiqatı metodologiyası  - tədqiqat işində sistemli yanaşma, sintez və analiz metodlarından istifadə edilmişdir.

Tədqiqatın nəticələri – ölkənin xarici ticarət siyasətinin milli iqtisadiyyatın beynəlxalq iqtisadiyyata inteqrasiyasına  təsirinin təhlili.

Tədqiqatın praktiki əhəmiyyəti - milli iqtisadiyyatın qlobal iqtisadiyyata inteqrasiya-sında ölkənin həyata keçirdiyi xarici ticarət siyasəti imkanlarının qiymətləndirilməsində elmi mənbə kimi istifadə imkanlılığı.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – ölkənin həyata keçirdiyi xarici ticarət siyasətinə uyğun olaraq beynəlxalq iqtisadi əlaqələrə inteqrasiyasının qiymətləndirmə metodologiyasının təkmilləşdirilməsi.

Açar sözlər: milli iqtisadiyyat, xarici ticarət, ixrac siyasəti, iqtisadi inteqrasiya, ixrac potensialı, daxili bazar, iqtisadi tənzimləmə.

 

Fayl

PDF

Buraxılış

№2 - 2022

Müəllif

Aslanov Habil Hüseyn oğlu