Tədqiqatın məqsədi – rəqəmsallaşmanın vergi inzibatçılığı proseslərinə təsirinin nəzəri və metodoloji əsaslarını tədqiq etməkdir.
Tədqiqatın metodologiyası - tədqiqat zamanı elmi ümumiləşdirmə, sintez, analiz, müqayisə və sistemli yanaşma kimi metodlardan istifadə edilmişdir.
Tədqiqatın nəticələri- tədqiqat nəticəsində vergi inzibatçılığı proseslərinin rəqəmsallaşdırılmasının əsas üstünlükləri müəyyən edilmişdir.
Tədqiqatın praktiki əhəmiyyəti - əldə edilən nəticələr rəqəmsallaşmanın vergi inzibatçılığının səmərəliliyinin yüksəldilməsi və keyfiyyətinin yaxşılaşdırılması istiqamətlərini müəyyənləşdirərkən nəzəri və metodoloji baza kimi istifadə oluna bilər.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - rəqəmsallaşma və vergi inizibatçılığının qarşılıqlı əlaqəsinin, rəqəmsallaşmanın vergi inzibatçılığı proseslərinin təkmilləşdirilməsinə təsirinin, həmçinin rəqəmsal iqtisadiyyat şəraitində yeni növ vergi risklərinin mənfi təsirinin azaldılması imkanlarının nəzəri əsasları tədqiq edilmişdir.
Açar sözlər: informasiya texnologiyaları, vergi siyasəti, vergi inzibatçılığı, vergi sis-temi, vergi riski, rəqəmsal iqtisadiyyat, iri həcmli məlumatlar (big data).