Azərbaycan Respublikasının maliyyə-kredit sisteminin tənzimlənməsinin ümumi xarakteristikası

Tədqiqatın məqsədi - qüvvədə olan iqtisadi qanunvericiliyin öyrənilməsi, maliyyə-kre­dit sahəsində sahələrarası qarşılıqlı əlaqələr əsasında iqtisadi münasibətlərin təhlükəsizliyin tə­min edilməsi üzrə təkliflərin işlənməsi, Azərbaycanda maliyyə-kredit  münasibətləri sis­temini tənzimləyən normaların inkişafı qanunauyğunluqlarının müəyyən edilməsindən iba­rət­dir.

Tədqiqatın metodologiyasını - dialektika, ümumelmi və xüsusi elmi idrak metodları: təh­lil, sintez, müqayisəli hüquqşunaslıq, tarixi hüquqşunaslıq, sistemli yanaşma, statistik və sosioloji təhlil, sistemli metod və s. təşkil edir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - ondan ibarətdir ki, orada ifadə edilmiş nəticələr, tövsiyə və müddəalardan maliyyə-kredit sahəsində digər problemlərin öyrənilməsi üzrə gələcək elmi-tədqiqatlarda, maliyyə-kredit münasibətlərinə qəsd edən əməllərə görə mə­su­liy­yət müəyyən edən hüquq normalarının müasirləşməsi üzrə qanunyaradıcılığı fəaliyyətində isti­fadə oluna bilər.

Tədqiqatın nəticələri - olaraq maliyyə sisteminin aşağıdakı anlayışı formula edilir: Maliyyə sistemi dedikdə, dövlətin, ayrı-ayrı maliyyə institutlarının və əhalinin ixtiyarında olan, sosial-iqtisadi tələbatların həyata keçirilməsi məqsədi ilə üzərinə qoyulmuş vəzifələrin re­alizəsinə lazım olan bütün mümkün fondları başa düşülür. Dövlət maliyyə sistemi iqti­sa­diy­yat­da pul vəsaitlərinin istifadəsinin konkret forma və metodlarını əks etdirir. Maliyyə sis­te-minin tərkibinə dövlət büdcəsi, büdcədənkənar xüsusi fondlar, yerli maliyyə, dövlət şirkət­lə­ri­nin və onların strukturlarının maliyyəsi daxildir.

Tədqiqatın orijinallığı  və elmi yeniliyi - ondadır ki, məqalə Azərbaycan Res­pub­li­ka­sın­da maliyyə-kredit sistemi münasibətlərinin nizama salınmasına həsr olunmuş ilk işlərdən biridir. Burada maliyyə sistemi digər iqtisadi münasibətlərlə müqayisədə bir sıra xüsu­siy­yət­lə­rə malik olan, həm iqtisadi, həm də maliyyə münasibətlərini ifadə edən, bütün ölkəni əhatə edən vahid sistem kimi nəzərdən keçirilir. Məqalənin elmi yeniliyinə maliyyə-kredit sfe­ra­sın­da iqtisadi hüquq pozuntularının müəyyən edilməsi meyarlarının və dövlət maliyyə sisteminin dövlət büdcəsi, büdcədənkənar xüsusi fondlar və yerli maliyyə mənbələri kimi alt sis­tem­lə­rin­dən ibarət olmasının elmi cəhətdən işlənib hazırlanmasını aid etmək olar.

Açar sözlər: iqtisadiyyat, maliyyə sistemi, kredit sistemi, bank sistemi, büdcə, maliyyə ba­zarı.

Fayl

PDF

Buraxılış

№3 - 2019

Müəllif

Kazımov Mirəli Sahib oğlu

Əliyev Nazim Kazım oğlu