Rəqəmsal iqtisadiyyat: mahiyyəti və inkişaf perspektivləri

Tədqiqatın məqsədi – rəqəmsal iqtisadiyyatın mahiyyətinin və onun inkişafı ilə bağlı problemlərin araşdırılması, tətbiqinin genişləndirilməsi üçün müvafiq  təklif və tövsiyələrin hazırlanmasıdır.

Tədqiqatın metodologiyası - işdə təhlil, sistemli yanaşma, qruplaşdırma metodlarından istifadə edilmişdir. Tədqiqatda müəlliflər tərəfindən rəqəmsal iqtisadiyyatın üstünlükləri, problemləri, məhdudiyyətləri  təhlil edilmiş və sistemləşdirilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – tədqiqat müvafiq dövlət orqanlarına, eləcə də, sahib-karlıq  subyektlərinə və potensial sahibkarlara rəqəmsal iqtisadiyyatın üstünlüklərini və real imkanlarını qiymətləndirməyə kömək edə bilər.

Tədqiqatın nəticələri – rəqəmsal iqtisadiyyatın üstünlükləri göstərilmiş və onun  sə-mərəli  təşkili  yolları təklif edilmişdir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - rəqəmsal iqtisadiyyatın tətbiqinin genişlən-dirilməsi məqsədi ilə yollar müəyyənləşdirilmiş, onların reallaşdırılması üçün təklif və töv-siyələr irəli sürülmüşdür.

Açar sözlər: rəqəmsal iqtisadiyyat, mahiyyəti, üstün cəhətləri, məhdudiyyətlər, imkanlar.

 

Fayl

PDF

Buraxılış

№1 - 2022

Müəllif

Əliyev Teyyub Qəni oğlu

Əliyeva Şəms Teyyub qızı