Böhran şəraitində bankların likvidliyinin idarə edilməsi

Təqdiqatın məqsədi – müasir dövrdə ölkədaxili və ölkəxarici ödənişlərdə və hesablaş-maarda  bankların rolunun gündən-günə artdığını nəzərə alaraq bankların likvidliyinin idarə edilməsi də ən zəruri məsələlərdən birinə çevrilmişdir. Məhz bu səbəbdən də likvidliyin ən kritik dönəmlərdə - iqtisadi böhran zamanı da idarə edilməsinin yolları müəyyən olunmalıdır.

Tədqiqatın metodologiyasını – təcrübədən, iqtisadi ədəbiyyatlardan, o cümlədən qa-nunvericiliyin tələb və müddəalarından irəli gələrək likvidliyin idarə edilməsi yolları müəy-yən olunmuş və tədbirlər planı barədə məlumatlar qeyd olunmuşdur.

Tədqiqatın tətbiqi əhəmiyyəti -  bankların ölkə iqtisadiyyatında rolunu və onların fəa-liyyətinin effektivliyinin artırılma zəruriliyini nəzərə alaraq bu tədqiqatın əhəmiyyəti yüksək hesab edilir.

Tədqiqatın nəticələri – nəticə etibarilə banklar tərəfindən böhrandan öncə dönəmində görülməli işlər, o cümlədən böhran zamanı atılacaq addımlar barədə məlumatlar əlavə olun-muşdur.

Təqdiqatın orijinallığı və elmi yeniliyi – banklarda likvidlik risklərinin müəyyən olun-ması, önləyici tədbirlərin görülməsi və bundan irəli gələrək böhran zamanı bankların daha az mənfi təsirə məruz qalması üçün təkliflər verilmişdir.

Açar sözlər: likvidlik, böhran, risklər, bank, aktiv, öhdəlik.

 

Fayl

PDF

Buraxılış

№1 - 2022

Müəllif

Abdullayeva Aynur Natiqovna