Beynəlxalq Əmək Təşkilatinin (BƏT) əmək statistikasina dair tələbləri və Azərbaycanda əmək statistikasinin təkmilləşdirilməsi istiqamətləri

Tədqiqatın  məqsədi - müasir mərhələdə əmək statistikasına dair beynəl­xalq tələbləri nəzərə almaqla Azərbaycanda əmək statistikasının təkmilləşdirilməsi üzrə nəzəri və praktiki əhəmiyyəti olan tövsiyələr işləyib hazırlamaqdan ibarətdir.

Tədqiqatın metodologiyası - tədqiqat prosesində elmi dərketmənin müxtəlif metod və vasitələrindən, o cümlədən abstrakt-məntiqi üsuldan, təsnifatlaşdırma, təh­­lil, sintez və s. me-todlarından istifadə edilmişdir. 

Tədqiqatın praktiki əhəmiyyəti - tədqiqatın nəticələrinin və təklif edilən töv­­siyələrin ölkədə əmək bazarının vəziyyəti və  inkişafı üzərində statistik müşa­hidə prosedurunun təkmil-ləşdirilməsi, həmçinin beynəlxalq standartlara uzlaş­dırıl­ması prioritetlərinin əsaslandırıl-masında mühüm əhəmiyyəti ola bilər.

Tədqiqatın nəticələri - beynəlxalq standartlara uyğun əmək bazarının statistik ölçül-məsi imkanları qiymətləndirilmişdir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqat prosesində beynəlxalq standartlara uyğun olaraq əmək statistikasının təkmilləşdirilməsi istiqamətləri, xüsusilə əmək məsələləri, yeni və gizli əməyin formalarının ölçülməsinə imkan verən iş yerlərinin yeni təsnifatının ha-zırlanması, dayanıqlı inkişafın məqsədlərinin monitorinqinin informasiya bazasının genişlən-dirilməsi, “informasiya inqilabı” çağırışı kontekdsində əmək sferasında məlumatların top­lan­masının yeni metod və mənbələrinin (“iri həcmli” - big data), axtarılıb tapılması və  onların şəf­faflığının təmin edilməsi  və s. əsaslandırılmışdır.

Acar sözlər: əmək bazarı, Beynəlxalq Əmək Təşkilatı, beynəlxalq standart, əmək statis-tikası, işçi qüvvəsi, iş vaxtı, statistik məlumat, statistik göstərici.

 

Fayl

PDF

Buraxılış

№1 - 2022

Müəllif

Əliyev Əli İmaş oğlu