Azərbaycanda şəffaflığın artırılmasında və hesabatlılığın təminatında audit institutunun səmərəlilik problemləri

Tədqiqatın məqsədi – Azərbaycanda şəffaflığın artırılmasında və hesabatlılığın tə­mi­na­tın­da audit institutunun səmərəlilik problemlərinin tədqiqindən ibarətdir. Bunun üçün auditin mahiyyəti, funksiyaları, iqtisadi inkişaf proseslərində rolu və əhəmiyyəti araşdırılmış və sistemləşdirilmişdir. Auditin şəffaflığın yüksəldilməsində strateji funksiyaları və verə bi­lə­cə­yi səmərəlilik dairəsi təhlil olunmuşdur. Auditin iqtisadi fəaliyyət subyektlərində he­sa­bat­lı­lı­ğın təminatında rolu araşdırılmış və ümumiləşdirilmişdir. Müasir dövrdə ölkəmizdə şəf­faf­lı­ğın artırılmasının və hesabatlılığın gücləndirilməsində audit fəaliyyətinin aktual problemləri ba­xılmışdır. Audit institutunun daha səmərəli təşkili ilə bağlı məsələlərə diqqət yönəldilmiş və xü­susilə audit institutunun hazırkı şəraitdə strateji rolu qiymətləndirilmişdir.

 Tədqiqatın metodologiyası - sistemli və kompleks yanaşma, müqayisəli təhlillərdən, müasir dövrdə iqtisadiyyatda  şəffaflığın artırılmasında və hesabatlılığın təminatında audit in­sti­tutunun səmərəlilik problemləri üzrə metodoloji yanaşmalar və üsullardan, ibarətdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - tədqiqatda verilmiş materiallardan və əldə olunmuş nə­ticələrdən müasir dövrdə Azərbaycanda şəffaflığın artırılması və hesabatlığın təmin edil­mə­si problemlərinin həlli üzrə kompleks və sistemli tədbirlərin, konseptual yanaşmaların ha­zır­lan­­masında istifadə oluna bilər.

Tədqiqatın nəticələri – qlobal maliyyə və iqtisadi, bank çağırışlarının genişləndiyi bir  şə­raitdə iqtisadiyyatın bütün sahələrində şəffaflığın artırılması və hesabatlılığın təminatı üzrə tə­sirli mexanizmlərin, tövsiyələr və təkliflərin hazırlanmasıdır.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqat işində baxılan problemlər isti­qa­mə­tin­də əsaslı araşdırılmalar aparılmış və şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi üzrə mühüm problemlər və onların mahiyyəti açıqlanmışdır. Auditin funksiyaları və sə­­mə­rə­li­lik məsələləri sistemli şəkildə tədqiq olunmuş və iqtisadi inkişaf proseslərində onların strateji əhə­miyyəti əsaslandırılmışdır. Audit fəaliyyətinin maksimum səmərəli təşkili üzrə mühüm me­­­xanizmlərin hazırlanmasının vacibliyi bildirilmişdir. İqtisadiyyatda şəffaflığın artırılması, ver­gi sisteminin işləkliyinin təmin olunması, iqtisadiyyat subyektlərinin hesabatlılığının güc­lən­­dirilməsində auditin aktual problemlərinin həlli yolları müəyyənləşdirilmişdir. 

Açar sözlər: şəffaflığın artırılması, hesabatlılığın təminatı, audit institutu, audit fəa­liy­yə­ti, auditin səmərəlilik problemləri, audit institutunun inkişafı.

Fayl

PDF

Buraxılış

№3 - 2019

Müəllif

Abbasov Kamran Maarif oğlu