Tədqiqatın məqsədi - müasir dövrdə Azərbaycanda milli iqtisadiyyatın formalaşması digər məsələlərlə yanaşı, makroiqtisadi təhlil məsələlərindəki aktuallığını ifadə edir. Belə ki, mövcud şəraitdə dövlətin makroiqtisadi tarazlığının sabit inkişafında rolunun lazımi səviyyədə qiymətləndirilməsi də zəruri məsələlərdən hesab olunur.
Tədqiqatın metodologiyası- sistemli və kompleks yanaşma, müqayisəli təhlillərdən, həmçinin müasir dövrdə makroiqtisadi təhlil üzrə iqtisadi tarazlığa-“ex-ante”təhlil kateqo-riyası üzrə metodoloji yanaşmalar və üsullardan ibarətdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti – tədqiqatda verilmiş materiallardan və əldə olunmuş nəticələrdən Azərbaycanın milli iqtisadiyyatında makroiqtisadi modellərin qurulması üzrə sistemli tədbirlərin, kompleks yanaşmaların hazırlanmasında istifadə oluna bilər.
Tədqiqatın nəticələri – cari təsərrüfat konyukturasının və iqtisadi siyasətin spesifik-liyinin artdığı, iqtisadi inteqrasiyanın genişləndiyi bir şəraitdə ümumi iqtisadi tarazlığın sabit qalması və dinamik inkişafı üzrə təsirli mexanizmlərin, tövsiyə və təkliflərin hazırlanmasıdır.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqat işində vahid nemətlər bazarında bərabər tarazlığın bütün bazarlarda tarazlığa uyğun olmasının mövcud problemləri istiqa-mətində əsaslı araşdırmalar aparılmış, qısa və uzunmüddətli iqtisadi artıma nail olunması kimi mühüm problemlər və onların mahiyyəti açıqlanmışdır. Makroiqtisadi təhlil üsulları sistemli şəkildə tədqiq olunmuş və iqtisadi tarazlıq proseslərində onların strateji əhəmiyyəti əsaslan-dırılmışdır.
Açar sözlər: makroiqtisadiyyat, qanunvericilik bazası, investisiya, prioritet istiqamət-lər, iqtisadi artım, tənzimləmə siyasəti, regional iqtisadiyyat, milli iqtisadiyyat.