Tədqiqatın məqsədi – sığorta şirkətlərində auditin aparılma metodologiyasının qiymət-ləndirilməsi, auditin aparılması qaydalarını müəyyən etmək və siğorta şirkətlərində audit yoxlamasının hansı istiqamətlər üzrə həyata keçirilməli olduğunu öyrənmək və qiymətlən-dirməkdir.
Tədqiqatın metodologiyası – tədqiqat işində sistemli yanaşma, məntiqi ümumiləş-dirmə, analiz metodlarından istifadə edilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti – sığorta fəaliyyətinin əhəmiyyətini nəzərə alaraq, on-larda hesabatlılığın olması, ödəmə qabiliyyətinin artırılması, xidmət sahələrində keyfiyyət dərəcəsinin yüksəlməsi üçün audit xidməti təkmilləşdirilməlidir.
Tədqiqatın nəticəsi – sığorta şirkətlərinin daha şəffaf, uzunömürlü xidmət göstər-mələri, daha çox mənfəət əldə etmək, baş vermiş çatışmazlıqları müəyyən etmək, işin keyfiy-yətinin artırılması, maraqlı tərəflərin cəlb edilməsi üçün audit yoxlamasının həyata keçiril-məsi zəruridir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – sığorta şirkətlərində auditin aparılma meto-dologiyasının istiqamətləri müəyyən edilmiş və qiymətləndirilmişdir.
Açar sözlər: sığorta, audit, sığorta fəaliyyəti, idarəetmə keyfiyyəti, sığorta ödənişi, sı-ğorta təşkilatı, daxili nəzarət.