Kredit siyasətinin elementləri və real iqtisadiyyata kredit investisiyalarının stimullaşdırılması

Tədqiqatın məqsədi - Azərbaycan Respublikasında real iqtisadiyyata kredit qoyuluş-larının səmərəliliyinin artırılması imkanları və onun təkmilləşdirilməsi istiqamətləri üçün kredit siyasətinin öyrənilməsindən ibarətdir.

Tədqiqatın metodologiyası - tədqiqat zamanı analiz və sintez, deduksiya və induksiya, istinad və elmi ədəbiyyatın ümumiləşdirilməsi, nəzəri modelləşdirmə, qruplaşdırma və müqa-yisə kimi üsullardan istifadə edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - ölkədə ixrac-idxal əməliyyatlarının və ticarətin vəziy-yətinin təhlilidir.

Tədqiqatın nəticələri. Məqalədə aparılan təhlillər göstərdi ki, prioritet inkişaf üçün mal və xidmətlər bazarı ölkədə nağdsız pul dövriyyəsinin təkmilləşdirilməsini tələb edir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - Azərbaycan Respublikasında ixrac mövqe-lərinin yaxşılaşdırılması üçün tövsiyələrin işlənib hazırlanmasından ibarətdir.

Açar sözlər: ticarət, ixrac, idxal, ticarət balansı, pul dövriyyəsi, investisiyalar.

 

Fayl

PDF

Buraxılış

№3 - 2021

Müəllif

Qocayeva Elmira Məhəmməd qızı