İşğaldan azad olunmuş ərazilərə investisiya qoyuluşlarının təhlili və qiymətləndirilməsi

Tədqiqatın məqsədi - investisiya qoyuluşları şəraitində milli iqtisadiyyatın prioritet sahəsi olan işğaldan azad olunmuş ərazilərin davamlı inkişaf istiqamətini müəyyən etmək.

Tədqiqatın metodologiyası - sistemli yanaşma, maliyyə təhlili.

Tədqiqatın nəticələri - iqtisadi islahatlar zəminində işğaldan azad olunmuş ərazilərə  yönələn istər yerli, istər xarici investisiya qoyuluşlarının səmərəliliyinin təhlili.

Tədqiqatın praktiki əhəmiyyəti - Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud potensialın  qiymətləndirilməsində elmi mənbə kimi istifadə imkanlığı.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - müxtəlif mənbələrdən işğaldan azad olunmuş ərazilərə investisiya qoyuluşlarının səmərəliliyinin qiymətləndirilməsi metodologiyasının təkmilləşdirilməsi.

Açar sözlər: bazar iqtisadiyyatı, işğaldan azad olunmuş ərazilər, investisiyalar, inves-tisiyaların səmərəliliyinin qiymətləndirilməsi.

 

Fayl

PDF

Buraxılış

№3 - 2021

Müəllif

Hacıyev Fazil Şöhlət oğlu