Kommersiya banklarında auditin mövcud vəziyyəti və inkişaf istiqamətləri

Təqdiqatın məqsədi - ölkəmizin müstəqillik əldə etdiyi dövrdən bugünki günə qədər ölkədəki audit fəaliyyətini daha da dərindən araşdırılması, mövcud problem və çatışmaz-lıqların aradan qaldırılması istiqamətində təkliflərin irəli sürülməsindən ibarətdir.

Tədqiqatın metodologiyasını ölkəmizdə fəaliyyət göstərən kommersiya banklarında auditin müasir inkişafı və mövcud problemləri ilə bağlı iqtisadi ədəbiyyatlardakı müqayisəli təhlil və statistika metodları təşkil edir.

Tədqiqatın nəticələri - ölkəmizdəki audit fəaliyyətinin peşəkarlıq səviyyəsinin araş-dırılması istiqamətindəki bir sıra təkliflər verilmişdir. Müasir bazar iqtisadiyyatı şəraitində kommersiya banklarının audit ilə bağlı qarşılaşdığı bu problemlərin aradan qaldırılması ölkə iqtisadiyyatına, dövlət sektoru ilə paralel olaraq özəl sektorun da inkişafına müsbət təkan verəcəkdir.

Təqdiqatın orijinallığı və elmi yeniliyi ondan ibarətdir ki, tədqiqatda müasir dövrü-müzdə ölkəmizdə audit şirkətlərinin  fəaliyyəti qarşılıqlı olaraq müqayisə olunmuş, yerli audit şirkətlərinin mövcud problemləri müəyyənləşdirilmiş və onların həlli istiqamətində bir sıra təkliflər verilmişdir.

Açar sözlər: audit, nəzarət, iqtisadi göstəricilər, auditor təşkilatları, iqtisadi inkişaf, kommersiya bankları, bazar iqtisadiyyatı.

 

Fayl

PDF

Buraxılış

№3 - 2021

Müəllif

Əliyev İlkin Rafael oğıu