Tədqiqatın məqsədi - lizinq əməliyyatlarının məzmununun, rolunun və əhəmiyyətinin öyrənilməsi, lizinq əməliyyatlarının maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun və hesabatlılığının düzgünlüyü üçün audit metodologiyasının təkmilləşdirilməsi, habelə auditin planlaş-dırılmasının keyfiyyətinin yüksəldilməsi üçün elmi müddəaların və praktiki tövsiyələrin iş-lənib hazırlanması.
Tədqiqatın metodologiyası - 2 tikinti şirkətinin timsalında aparılan kompleks təhlil nəticəsində optimal audit proqramının formalaşdırılması və lizinq əməliyyatlarının uçot və hesabatlılığının etibarlılığı baxımından qiymətləndirmə metodikasının təkmilləşdirilməsi.
Tədqiqatın tətbiqi əhəmiyyəti - tədqiqatın praktiki əhəmiyyəti onun nəticələrinin birbaşa uçot göstəricilərinin etibarlılığının və idarəetmə məqsədləri üçün uyğunluğunun təmin edilməsi ilə bağlı problemlərin həllinə yönəldilməsidir. Hazırlanmış tövsiyələrin həyata ke-çirilməsi lizinq əməliyyatları üzrə audit prosedurlarının standartlaşdırılmasına, audit sübutlarının axtarışı prosesinin optimallaşdırılmasına, auditin planlaşdırılmasının keyfiyyətinin yük-səldilməsinə, audit risklərinin azaldılmasına və lizinq əməliyyatlarının auditi üçün vaxt çərçivəsinin qısaldılmasına imkan verəcək.
Tədqiqatın nəticələri - lizinq əməliyyatlarının uçotunun və auditinin təşkili və metodo-logiyasına dair əsas təklif və tövsiyələr şərh olunur.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - lizinq əməliyyatlarının təşkilinin xüsusiy-yətlərinin, lizinq fəaliyyətinin təşkilati-hüquqi, mühasibat və vergi aspektlərinin ümumiləş-dirilməsi, uçot məlumatlarının formalaşdırılması proseduruna təsir edən amillərin sistemləşdirilməsi. Lizinq əməliyyatlarının uçotunun xüsusiyyətlərinin müqayisəli təhlili nəticəsində maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun formalaşdırılması, lizinq əməliyyatlarının uçotunun və auditinin təkmilləşdirilməsinin əsas vəzifələri və istiqamətləri müəyyən edilmişdir. Riskin keyfiyyətini və məhdudlaşdırılmasının təmin olunması, lizinq əməliyyatla-rının auditi metodologiyasının əsaslandırılması, lizinq əməliyyatları üzrə audit prosedurunun standartlaşdırılması üçün tövsiyələrin işlənib hazırlanması, audit sübutlarının axtarışı prosesinin optimallaşdırılmasına imkan yaradılması.