Ədalət mühakiməsinin həyata keçirilməsinə dair beynəlxalq standartlar haqqında

Tədqiqatın məqsədi – Azərbaycan Respublikasında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı rəhbər tutulmalı olan əsas beynəlxlaq standartların sistemli icmalının və onların hər birinin mahiyyətinin qısa izahının verilməsidir.

Tədqiqatın metodologiyası – tədqiqat zamanı müvafiq beynəlxalq sənədlərin zəruri müddəalarının seçilməsi üçün əvvəlcə hüquqi analiz, daha sonra isə seçilmiş müddəaların sistemli şəkildə təqdim edilməsi üçün sintez metodlarından istifadə edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – ondadır ki, məqalənin mətnindən ədalət mühakiməsinin həyata keçirilməsi zamanı hakimlər, eləcə də bənzər hüquqi araşdırmalar aparan tədqiqatçılar, o cümlədən hüququn tədrisi prosesində istinad  mənbəyi kimi istifadə edə bilərlər.

Tədqiqatın nəticələri – əldə edilmiş əsas nəticə qismində müvafiq beynəlxalq standartların icmal xarakterli kommentariyası çıxış edir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – ondan ibarətdir ki, o, kompelks xarakter kəsb edir və özündə mövzuya dair həm normativ sənədlərin, həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun, həm Avropa Hakimlərinin Məşvərət Şurasının rəylərinin, həm də doktrinal mənbələrin sistemli analizinin nəticələrini əks etdirir.

Açar sözlər: ədalət mühakiməsi, hakim, müstəqillik, qərəzsizlik, etika, standartlar, harmonizasiya, beynəlxalq hüquq, məhkəmə hakimiyyəti.

Fayl

PDF

Buraxılış

№2 - 2021

Müəllif

Xəlilov Fərdin Yaşar oğlu