Tədqiqatın məqsədi - klasterlər üzrə dünyanın ən qabaqcıl təcrübələrini, uğurlu klaster modellərini araşdırmaq, klaster strategiyalarını seçmək və bu təcrübələrdən istifadə edərək klasterlərin iqtisadiyyat amillərini müəyyənləşdirməkdir. Dünya təcrübəsində klasterlərin formalaşması xüsusiyyətləri müəyyən edilir.
Tədqiqatın metodologiyası - sistemli analiz və kompleks yanaşma, müqayisəli təhlil, beynəlxalq təcrübənin sistemləşdirilməsi və qiymətləndirilməsi metodlardan istifadə edilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - tədqiqatda alınmış nəticələrdən klasterlərin yaradılması, inkişafı və idarə edilməsi mexanizimlərinin təkmilləşdirilməsində istifadə edilə bilər.
Tədqiqatın nəticələri - klasterlərin inkişafı üzrə beynəlxalq təcrübəni qiymətləndirərək, təklif və tövsiyyələrin hazırlanmasından ibarətdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – klasterlərin yaradılmasının, onların iqtisadiyyata təsirinin beynəlxalq təcrübə əsasında qiymətləndirərək, klaster modellərini, klasterlərin inkişafına təsir edən amilləri müəyyənləşdirməkdən ibarətdir.
Açar sözlər: klaster, inkişaf etmiş ölkələr, model, sənaye, iqtisadiyyat, rəqabətqabiliyyətlilik.