Kapital nəzəriyyəsinə müasir kompleks yanaşmanın istiqamətləri

Tədqiqatın məqsədi – kapital nəzəriyyəsinə müasir kompleks yanaşmanınn istiqamətlərini, amillərini, kapitalın forma və növlərinin təsnifləşdirilməsini, kapitalın müasir strukturu və onun tərkib elementlərinin müəyyən edilməsindən ibarətdir.

Tədqiqatın metodologiyası – tədqiqat kapital nəzəriyyəsinin əsasları təhlil edilməklə, onların bir sıra çatışmayan xüsusiyyətlərini müəyyən etməklə və nəhayət, müasir dövrün tələblərinə uyğun kapitalın kompleks formada izahına və müəyyən edilməsinə uyğun aparıl-mışdır.

Tədqiqatın tətbiqi əhəmiyyəti – tədqiqatın əsas müddəaları və nəticələrindən iqtisadiyyatın kapitalla bağlı nəzəri əsaslarının öyrənilməsində və ölkənin milli sərvətinin əsaslandırılmış şəkildə müəyyən edilməsində istifadə oluna bilər.

Tədqiqatın nəticələri - hər növ kapitalın yaradılmasının əsas mənbəyi kimi ekoloji-təbii və insan kapitalının inkişafla bağlı rolunun müəyyən edilməsi və nəzərə alınması ilə bağlıdır.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqatda kapital nəzəriyyərinin formalaşmasını kompleks izah etmək üçün yeni yanaşma istiqamətləri və amilləri müəyyən edilmiş, kapitalın müasir izahı və strukturu, həmçinin bu struktura uyğun tərkib elementləri, kapitalın bütöv formada təsnifləşdirici əlamətlərinə uyğun forma və növləri müasir dövrün inkişaf faktorları nəzərə alınmaqla göstərilmişdir.

Açar sözlər: kapital, kapital nəzəriyyəsi, kompleks yanaşma, amil, struktur, element, insan kapitalı, milli sərvət.

Fayl

PDF

Buraxılış

№2 - 2021

Müəllif

Məmmədova Şəfiqə Səfər qızı