Azərbaycanda mədəniyyət və yaradıcı sənayelərinin inkişafının mədəni turizmə təsirləri

Tədqiqatın məqsədi - mədəniyyət və yaradıcı sənayelərinin dünya iqtisadiyyatında və  ölkəmizdə inkişaf meyllərini öyrənmək, Mədəniyyət və Yaradıcı Sənayelərinin turizmə, eləcə də mədəni turizmə təsirini tədqiq etməkdir.  

Tədqiqatın metodologiyası – tədqiqat işində müqayisəli təhlil, sistemli yanaşma, statis-tik təhlildən istifadə edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – alınmış analitik nəticələr əsasında MYS-lərin turizm sahəsinə təsiri ümumiləşdirilmiş, turizm sektoru və MYS-lər üçün postpandemiyada görülə-cək tədbirlərin tətbiqi əsaslandırılmışdır.

Tədqiqatın nəticəsi – “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı” layihəsində MYS-lərin və turizmin inkişafına xüsusi yer ayrılması vacibdir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqat işində ölkə iqtisadiyyatında ilk dəfə olaraq MYS-lərin turizmlə əlaqəsi, onların qarşılıqlı inkişafı və s. məsələlər araşdırılmışdır. Əldə edilən nəticə və təkliflərdən isə istifadə edilməsi məqsədəuyğundur.

Açar sozlər: mədəniyyət və yaradıcı sənaye, ümumi daxili məhsul, ticarət dövriyyəsi,  turizm, strateji yol xəritəsi, mədəni turizm.

Fayl

PDF

Buraxılış

№2 - 2021

Müəllif

Hüseyn Arzu Alim qızı