Tikinti sahəsi üzrə lizinq münasibətlərinin icrasında uçot və təhlilin beynəlxalq təcrübəsi və onun Azərbaycanda tətbiqi imkanları

Tədqiqatın məqsədi - qanunvericiliyimizin tikinti sahəsi üzrə xarici ölkələrdə lizinq əməliyyatlarının uçotunun aparılması qaydalarına inteqrasiyası, lizinq əməliyyatlarının həyata keçirilməsi üçün sabit tənzimləyici və hüquqi çərçivənin formalaşdırılması, lizinq əməliyyatlarının uçotunun təkmilləşdirilməsi.

Tədqiqatın metodologiyası - xarici ölkələrdə lizinq əməliyyatlarının uçotunun aparıl-ması qaydalarının hərtərəfli təhlili, effektiv yanaşmaların formalaşdırılması və lizinq əməliy-yatlarının qiymətləndirilməsində dünya təcrübəsinin əsas prinsiplərinin istifadəsi.

Tədqiqatın tətbiqi əhəmiyyəti - elmi məqalədə göstərilən müddəalar və əldə edilən nəticələr müəssisədə istehsal prosesinin stimullaşdırılmasına, aşağı məsrəflərlə lizinq tex-nikasının yenidən təchiz olunmasına, eyni zamanda yeni texnologiyaları daima istifadə et-məklə yüksək keyfiyyətli və rəqabət qabiliyyətli məhsulların istehsalına tövhə verə bilər.

Tədqiqatın nəticələri - lizinq əməliyyatlarının uçotu üzrə xarici təcrübənin tətbiqinə dair və ölkəmizdə lizinqin inkişafı üçün tövsiyələr verilir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - məqalədə müasir iqtisadiyyatda lizinqin rolu və yeri araşdırılır. Dünya lizinq biznesinin hazırkı vəziyyəti və inkişaf tendensiyaları açıq-lanır. Azərbaycanda lizinqin inkişafı, burada yaranan hüquqi münasibətlərin xüsusiyyətləri araşdırılır. Həll olunmamış problemlər, xüsusən qanunvericiliyin ziddiyyətləri və onun tək-milləşdirilməsi üçün xüsusi tövsiyələr ortaya qoyulur.

Açar sözlər: lizinq biznesi, lizinq bazarı, lizinq qanunvericiliyi, sürətlənmiş amor-tizasiya, vergi.

Fayl

PDF

Buraxılış

№2 - 2021

Müəllif

Babayev Elçin Rövşən oğlu